Zakir Həsənov Özbəkistana gedəcək

  10 Oktyabr 2018    Oxunub : 411
Zakir Həsənov Özbəkistana gedəcək
Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

AzVision.az

Teqlər: MN   Zakir-Həsənov