Naxçıvanda 16 qanunsuz miqrant saxlanılıb
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 906 müraciət daxil olub. Bu müraciətlərdən 178-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Sentyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 728 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 278-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
AzVision.az
Teqlər: Miqrasiya