"Lifttəmir" İstehsalat Birliyinə yeni rəhbər təyin edilib - FOTO

"Lifttəmir" İstehsalat Birliyinə yeni rəhbər təyin edilib - FOTO
  10 Oktyabr 2018    Oxunub:2759
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinə yeni direktor təyin edilib.

Bu barədə AzVision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyətinın başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmrinə əsasən, BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov "Liftəmir" İstehsalat Birliyinin baş direktoru təyin edilib. Onun vəzifəsinə isə Ayaz Hüseynov təyin edilib.

AzVision.az


Teqlər: BŞİH   Lift  





Xəbər lenti