ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

  10 Oktyabr 2018    Oxunub : 2338
ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir
Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən "Cənubi Qaz Dəhlizi" layihəsi olduqca maraqlıdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent deyib.

O, qeyd edib ki, “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir: "Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir".

Kent eyni zamanda, ölkəsinin gücün istifadə olunmaması və ərazi bütövlüyü, xalqların müqəddəratını müəyyənləşdirmək hüququnu əks etdirən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan Dağlıq Qarabağ münaqişəsinin dinc yola həllinə sadiqliyini vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: ABŞ