Torpaqların üst münbit qatının daşınmasının qarşısı alınıb

Torpaqların üst münbit qatının daşınmasının qarşısı alınıb
  11 Oktyabr 2018    Oxunub:1409
Torpaqların üst münbit qatının qanunsuz daşınmasına qarşı növbəti reyd Qaradağ rayonunda keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, “Meyvəli bazar” adlı kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaxınlığında, 5 hektara yaxın torpaq sahəsində kvarc qumunun kərpic və sement istehsalında istifadə olunması məqsədilə ağır texnika vasitəsilə daşınması faktı aşkar olunub.

Torpaq daşınması ərazidə dövlət nömrə nişanı 32 T 053 olan Ekskvator, 99 XV 053 nömrəli Ford, 99 GO 483, 90 ON 054, 10 JZ 463 və 90 JZ 144 nömrəli Şaqman markalı avtomobillər tərəfindən aparıldığı məlum olmuşdur. Torpaq daşınmasının qarşısı müfəttişlər tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində alınıb, texnika ərazidə saxlanılıb.

Belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti