Nazirlik ağac kəsənləri 72 min manat cərimələyib

Nazirlik ağac kəsənləri 72 min manat cərimələyib
  11 Oktyabr 2018    Oxunub:1570
Bu ilin 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın zədələndiyi aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.

Nazir müavini bildirib ki, bununla əlaqədar 59 təqsirkar şəxsə 71 800 manat məbləğində cərimə, 23 745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların taplması və qanunauyğun tədbir görülməsi üçün polis orqanlarına müraciət olunub.

F.Əliyev, həmçinin qeyd edib ki, son 3 ayda ağac kəsintisi xeyli azalıb. "Vətəndaşların müraciəti əsasında 30 ağac kəsilməkdən xilas olunub. May ayında ağac kəsintisi üzrə 40 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub".

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti