8 ayda 1680 əkiz, 78 üçəm doğulub

8 ayda 1680 əkiz, 78 üçəm doğulub
  11 Oktyabr 2018    Oxunub:1079
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır.

Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir. Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.


AzVision.az


Teqlər: DSK   Əkiz   Üçəm  





Xəbər lenti