Prezident İspaniya Kralını təbrik edib

  11 Oktyabr 2018    Oxunub : 498
Prezident İspaniya Kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.

AzVision.az

Teqlər: İspaniya   Prezident