Tərtərdə minaya düşən Azadın vəziyyəti necədir?

Tərtərdə minaya düşən Azadın vəziyyəti necədir?
  12 Oktyabr 2018    Oxunub:1963
Ötən gün Tərtər rayonunda minaya düşən Azad Həsənovun vəziyyəti orta-ağırdır.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, xəstə hazırda nəzarət altındadır: “Dünən vəziyyəti ağır idi, amma bu gün ağır-stabildir. Hazırda reanimasiyadadır və müalicələri davam edir”.
Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Tərtər   Mİna  





Xəbər lenti