Badamdar şosesində yol bağlanıb

Badamdar şosesində yol bağlanıb
  12 Oktyabr 2018    Oxunub:1413
Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib:

"Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq".

AzVision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti