“Bizi istəməyənlər aranı qatmağa çalışırlar” - Siyavuş Novruzov

  12 Oktyabr 2018    Oxunub : 588
“Bizi istəməyənlər aranı qatmağa çalışırlar” - Siyavuş Novruzov
“Biz xarici siyasət məsələləri ilə bağlı həssas olmalıyıq. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qonşu dövlətlərlə münasibətləri tənzimlədi. Bu gün bu siyasət uğurla davam etdirilir. Təbii ki, bizi istəməyən qüvvələr aranı qatmağa çalışırlar”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Rusiyada ayrı-ayrı deputatların fikirləri rus xalqının, dövlətinin mövqeyi ola bilməz: “Onlar bu cür fikirlər söyləməklə ermənilərin diqqətini çəkməyə çalışırlar. Bir müddət əvvəl, İranda da bir neçə nəfər ortaya düşmüşdü, onlar da Azərbaycana qarşı ara qatmaqla məşğul idilər. Bütün bu məsələlər dövlət səviyyəsində tənzimlənir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Siyavuş-Novruzov