Qəbələdə yanan ərəblər pulsuz müalicə olunur

Qəbələdə yanan ərəblər pulsuz müalicə olunur
  12 Oktyabr 2018    Oxunub:1356
Respublika Yanıq Mərkəzinə yerləşdirilən iki Suriya vətəndaşının vəziyyəti ağır olaraq qalır.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hazırda onlar reanimasiyadadırlar, müalicələri davam etdirilir. Qəbələ rayon Mərkəzi Xəstəxanasında qalan 3 Suriya vətəndaşı isə artıq evə buraxılıb.

Məlumatda bildirilib ki, yanan ərəblər dövlət xəstəxanasında pulsuz müalicə olunur.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində suriyalı turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qəbələ   Yanğın   Ərəb  





Xəbər lenti