3 erməni hərbçi əsgər ölümündə ittiham edildi
Qeyd olunur ki, istintaq zamanı əldə olunan yeni sübutlar əsasında Aroyana qarşı həmin hərbi hissənin digər hərbi qulluqçuları tərəfindən şiddət və təhqirə yol verildiyi müəyyənləşdirilib. Nəticədə, hərbi hissənin kiçik serjantı ölən erməni əsgəri ilə qarşılıqlı münasibəti pozmaqda və ona qarşı zorakılıq hərəkətlərinə yol verməkdə ittiham olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Hərbi hissənin digər serjantına qarşı da eyni ittiham irəli sürülərək, barəsində hərbi hissə komandanlığının nəzarəti altında saxlanmasına dair qərar çıxarılıb.
Vəzifə öhdəliyini düzgün şəkildə yerinə yetirməməsi, baş verənlərə laqeyd yanaşması, həmçinin, ölən erməni əsgəri Aroyanın ünvanına təhqiramiz ifadələr işlətməsinə görə bölük komandirinə qarşı da ittiham irəli sürülərək həbs edilib.
Hazırda açılan cinayət işi üzrə istintaq davam etdirlir.
Xatırladaq ki, oktyabrın 1-də Qevork Aroyan naməlum şəraitdə ağır güllə yaraları alıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. istintaq nəticəsində onun şiddətə məruz qaldığına görə intihar etdiyi üzə çıxıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Qarabağ