Vitse-spiker Vahid Əhmədovun fikri ilə razılaşmadı

Vitse-spiker Vahid Əhmədovun fikri ilə razılaşmadı
  12 Oktyabr 2018    Oxunub:1362
“Onsuz da Milli Məclisin əksər səlahiyyətləri əlindən alınıb, heç olmaya medal təsis edilsin, layiq olanlar təltif olunsun. Parlamentdə 15-20 ildir ki, deputat olanlar var, biz onların əməyini qiymətləndirə bilmirik? Bu cür addımlar Milli Məclis üzvlərinə hörmət gətirmir”
AzVision.az xəbər verir ki, bu fikirləri Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov V.Əhmədovun çıxışına münasibət bildirib. O, diqqətə çatdırıb ki, Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xatirə medalı təsis edilib və Milli Məclisin bütün üzvlərinə verilib.

Z.Əsgərov “Milli Məclisin səlahiyyətləri əlindən alınıb” fikri ilə razı olmadığını deyib: “Parlamentin kifayət qədər səlahiyyətləri var, bundan da istifadə edir. Milli Məclisin səlahiyyətləri Konstitusiya ilə təsbit olunub. O ki qaldı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən medalın təsis edilməsi məsələsi, bunu müzakirə etmək olar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vahid-Əhmədov  





Xəbər lenti