Dövlət Miqrasiya Xidmətində müşavirə keçirilib - FOTOLAR
V.Hüseynov əlavə edib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının, şəffaflığın tam təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycanın miqrasiya qanunvericiliyindəki dəyişikliklər də bu məqsədə xidmət edir. Odur ki, hər bir miqrasiya orqanı əməkdaşı üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməli, neqativ hallara yol aça biləcək nüanslara fürsət verməməlidir.
Xidmət rəisi vurğulayıb ki, DMX-yə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səylə çalışmalıdırlar.
Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib. Müşavirədə Xidmətin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Xidmət rəisi qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq olaraq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
AzVision.az
Teqlər: Miqrasiya-Xidməti Müşavirə