“Sürüşmə qatının hündürlüyü 15 metrdən çoxdur” - Əziz Qaralov

“Sürüşmə qatının hündürlüyü 15 metrdən çoxdur” - Əziz Qaralov
  13 Oktyabr 2018    Oxunub:2249
Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) bu dəqiqələrdə sürüşmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov AzVision.az-a bildirib ki, hazırda baş verən sürüşmə nəticəsində istinad divarının böyük hissəsi dağılıb.
"Torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır və biz ora çıxa bilmirik".

Ə.Qaralov bildirib ki, yolun alt hissəsində olan evlər üçün təhlükə yoxdur, üst hissədə olan evlərin sakinləri isə dünən oradan çıxarılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Badarmar   Sürüşmə  





Xəbər lenti