Azərbaycanda meşələrin girişində şlaqbaumlar quraşdırılıb

Azərbaycanda meşələrin girişində şlaqbaumlar quraşdırılıb
  13 Oktyabr 2018    Oxunub:1731
Meşələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın AzVision.az-a verdiyi məlumata görə, meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.

"Hesab edirik ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq".

Nazirlik rəsmisi qeyd edib ki, bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Meşə  





Xəbər lenti