Badamdardakı sürüşmə ilə bağlı qəragah yaradıldı

Badamdardakı sürüşmə ilə bağlı qəragah yaradıldı
  13 Oktyabr 2018    Oxunub:2790
Badamdard şosesində baş verən sürüşmə zonası ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında qəragah yaradılıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əziz Qaralov bildirib. Onun sözlərinə görə, ərazidə aktivlik oktyabr ayının birindən başlayıb:

"Həmin gündən nazirlikdə xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq hər gün müşahidələr aparılıb. Bu gün səhər saat 08:00 radələrində aktivlik gərgin vəziyyətə gəldi və sürüşmə baş verdi. Sürüşmənin eni 300 metrdən artıq olan ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalta doğru irəllədi və yolun hissəsi qatının altında qalıb".

Əziz Qaralov qeyd edib ki, ərazinin təsir dairəsi təminən 11 yaşayış binası və iki obyekti əhatə edir:" Dünən müvafiq qurumlar tərəfindən sakinlərə xəbərdarlıq edilib. Su, qaz, işığın verilməsi dayandırılıb. Hazırda aktivlik müşahidə olunur".

Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ilə bağlı xəritə hazırlanıb:"Sürüşməninn təsir dairəsi nə qədər evə zərər gəlməsi barədə məlumat hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. Hazırda ərazidə gərginlik var. Bu ərazi 2012- ci ildə sürüşmə müşahidə olunurdu. 2013-cu ildə istinad divarları tikilib. Amma o vaxtdan sürüşmə hadisəsi qeydə alınmayıb. Bu ayın əvvəlindən ərazidə gərginlik yenidən başladı və bu gün baş verən proses davam edir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Badamdar   Sürüşmə   ETSN  





Xəbər lenti