Sürüşmə ərazisində tədqiqat işləri genişləndirildi - FOTOLAR

Sürüşmə ərazisində tədqiqat işləri genişləndirildi - FOTOLAR
  13 Oktyabr 2018    Oxunub:2097
Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.
Mərkəzin informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, AMEA nəzdində RSXM-in baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda RSXM-in əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.

Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.







AzVision.az


Teqlər: Sürüşmə   Badamdar  





Xəbər lenti