ETSN: Badamdarda müşahidələr davam etdirilir

  13 Oktyabr 2018    Oxunub : 794
ETSN: Badamdarda müşahidələr davam etdirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.
Nazirlik tərəfindən yaradılan Qərargahdan AzVision.az-a verilən son məlumata görə, sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib: "Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir".

Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

Qeyd edək ki, Badamdar 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

AzVision.az

Teqlər: ETSN   Qərargah   Sürüşm