Əfqanıstanda mitinqdə partlayış: 22 ölü, 36 yaralı

  14 Oktyabr 2018    Oxunub : 2836
Əfqanıstanda mitinqdə partlayış: 22 ölü, 36 yaralı
Ötən gün Əfqanıstanın Tahar əyalətində seçkiqabağı mitinq zamanı partlayış baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 22 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Terror aktının “Taliban” qruplaşması tərəfindən törədildiyi bildirilir.

AzVision.az

Teqlər: Əfqanıstan   Mitinq   Partlayış