Sürüşmə ocağında aktivlik qalmaqdadır - VİDEO

  14 Oktyabr 2018    Oxunub : 1767
Sürüşmə ocağında aktivlik qalmaqdadır - VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdarda baş verən sürüşmə ilə bağlı saat 15:00-a olan vəziyyəti açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AzVision.az-a verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilib.

"Saat 15:00-a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb", - nazirliyin məlumatında qeyd olunub.



AzVision.az


Teqlər: ETSN   Sürüşmə