Hərbi qulluqçuların ehtiyata buraxılma mərasimi keçirilib - FOTOLAR
Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası və Dövlət bayrağının mərasimə gətirilməsi ilə başlayıb.
Sonra xidmət müddəti başa çatmış hərbi qulluqçular döyüş növbətçiliyini qəbul edən gənc əsgər yoldaşlarına rəmzi olaraq silah, zirehli jilet və dəbilqələri təqdim ediblər. Gənc əsgərlər uğurla, Vətənə şərəflə xidmət edəcəklərinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə Müdafiə Nazirliyi rəhbərliyinin və birlik komandirinin ehtiyata buraxılan şəxsi heyətə təbriki çatdırılılıb.
Mərasimdə çıxış edən zabitlər Münasib Babayev, Elşad Əbilov, Eldəniz İmaməliyev, Seymur Həbibullahov və əsgər valideyni Amid Bayramov ehtiyata buraxılan hərbi qulluqçuları təbrik edərək, döyüş növbətçiliyini yeni qəbul edən əsgərlərə gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıblar.
Təntənəli mərasim xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçuların mükafatlandırılması, bayram naharı və konsert proqramı ilə başa çatıb.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi