Ağdamın Əfətli kəndində mina aşkarlanıb

Ağdamın Əfətli kəndində mina aşkarlanıb
  15 Oktyabr 2018    Oxunub:1727
Oktyabrın 14-də saat 10:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Əfətli kəndinin ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən Ermənistan istehsalı olan piyada əleyhinə 1 ədəd mina (PMN-Э) aşkarlanıb. Həmin sursat daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.

Minanın tapıldığı yerin ətrafında 1 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az


Teqlər: ANAMA   Ağdam  





Xəbər lenti