"Dini icmalara maşın verilməsi nümunəvi haldır" - Komitə sədri

"Dini icmalara maşın verilməsi nümunəvi haldır" - Komitə sədri
  15 Oktyabr 2018    Oxunub:1714
"Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

Komtə sədri bildirib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısı mütəmadi müşahidə edilir.

"Bunu istər məscidlərin tikilib, yenidən təmir olunub, insanların istifadəsinə verilməsi, o cümlədən, dini mərasimlərdə cənab prezidentin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahid oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Burada söhbət fərdlərdən getmir, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses başlayıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti