Bakıda mağazadan 11 telefon oğurlanıb

Bakıda mağazadan 11 telefon oğurlanıb
  15 Oktyabr 2018    Oxunub:962
Oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, mMəlumatla əlaqədar dərhal 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırmalar zamanı telefon satışı mağazasından 11 ədəd telefon və 1 ədəd noutbukun oğurlandığı məlum olub.

​Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

​Araşdırmalar zamanı onun Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş Xəyyam Vəliyev olduğu müəyyən edilib. Mobil telefonların bir neçəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb. ​Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti