Bu yolda hərəkət bərpa ediləcək

Bu yolda hərəkət bərpa ediləcək
  15 Oktyabr 2018    Oxunub:1050
Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, Bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub.



Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər. Ziya Bünyadov prospekti ilə 20 Yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti - Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti svetofor vasitəsi ilə nizamlanacaq.

Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən svetoforun və yol nişanlarının tələbinə riayət etmələrini xahiş edirik.



AzVision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti