Sürüşmə ərazisində monitorinqlər davam etdirilir - VİDEO

  15 Oktyabr 2018    Oxunub : 1293
Sürüşmə ərazisində monitorinqlər davam etdirilir - VİDEO
Sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.

Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.



Aytən Zəhra
AzVision.az

Teqlər: ETSN   sürüşmə