Bu ölkədə küçədə yaşayanları həbs gözləyir

Bu ölkədə küçədə yaşayanları həbs gözləyir
  15 Oktyabr 2018    Oxunub:3983
Macarıstanda evsiz vətəndaşların küçədə yaşaması qadağan edilib.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkə parlamenti tərəfindən qüvvəyə minən qanuna əsasən evsiz şəxs polis tərəfindən üç dəfə xəbərdarlıq aldıqdan sonra da küçədə yaşamağa davam etsə, cərimə oluna və ya həbs cəzasına məhkum edilə bilər.

Qeyd olunub ki, ölkədə evsiz vətəndaşların qida və təmizlik ehtiyaclarını ödəyərək yaşaya biləcəyi 19 min çarpayılıq sığınacaqlar hazırlanıb.

AzVision.az


Teqlər: Macarıstan  





Xəbər lenti