Lənkəranda 148 binanın dam örtüyü dəyişdiriləcək

Lənkəranda 148 binanın dam örtüyü dəyişdiriləcək
  15 Oktyabr 2018    Oxunub:2558
Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Lənkəran rayonunda 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Lənkəran   Sərəncam  





Xəbər lenti