Vergilər naziri vətəndaşları qəbul edib

Vergilər naziri vətəndaşları qəbul edib
  15 Oktyabr 2018    Oxunub:1902
Oktyabrın 15-də vergilər naziri Mikayıl Cabbarov Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Bu barədə AzVision.az-a nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib.

Qəbulda Gəncə və Naftalan şəhərlərinin, həmçinin Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonlarının sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi   Qəbul   Şəmkir  





Xəbər lenti