ETSN: Sürüşmə sahəsində gərginlik qalmaqdadır

ETSN: Sürüşmə sahəsində gərginlik qalmaqdadır
  16 Oktyabr 2018    Oxunub:1101
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında monitorinqləri davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yenə də müşahidə edilir. Ümumi dinamikada gərginlik qalmaqdadır.

AzVision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti