Məmmədyarov irlandiyalı həmkarı ilə görüşüb

Məmmədyarov irlandiyalı həmkarı ilə görüşüb
  16 Oktyabr 2018    Oxunub:1099
Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyanın xarici işlər və ticarət naziri Simon Koveney ilə görüşüb.
AzVision.az DIN-' istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə etdilər və əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Tərəflər həmçinin beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi apardılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti