Qarabağ qazisi vəfat edib

Qarabağ qazisi vəfat edib
  16 Oktyabr 2018    Oxunub:2294
“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədov vəfat edib.
AzVision.az-ın məlumatına görə, bu barədə mərhumun döyüş yoldaşları sosial şəbəkədə məlumat yayıblar. 55 yaşında dünyasını dəyişən E.Əsədov ağ ciyər xərçəngindən əziyyət çəkib.

Qeyd edək ki, Əsədov Etimad Savalan oğlu 1963-cü ilin dekabrın 20-də Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 836 saylı Ağdam ərazi özünü müdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, bir ayağını itirib. O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər: Qarabağ   Qazi  





Xəbər lenti