Evində narkotik əkən şəxs tutulub

Evində narkotik əkən şəxs tutulub
  16 Oktyabr 2018    Oxunub:1482
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılıb.

Onun evinə baxış keçirilən zaman oradan 2 kiloqram 700 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülmüş narkotik maddə ekspertizaya təqdim olunub. Faktla bağlı Ağcabədi RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti