Zakir Həsənov Çexiyaya gedəcək

Zakir Həsənov Çexiyaya gedəcək
  16 Oktyabr 2018    Oxunub:1311
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, səfər çərçivəsində Çexiyanın müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər: Zakir-Həsənov   Çexiya  





Xəbər lenti