Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu

Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu
  16 Oktyabr 2018    Oxunub:1214
Sentyabrın 16-da Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, yanğın söndürülüb, xəsarət alan olmayıb. ​Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.

​Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

AzVision.az


Teqlər: DİN   Otlaq  





Xəbər lenti