“Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq” - Spiker

“Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq” - Spiker
  16 Oktyabr 2018    Oxunub:2566
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb. Belə ki, səsvermədə 79 deputat iştirak edib.

Spiker Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Oqtay-Əsədov   Milli-Məclis  





Xəbər lenti