“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” - ABŞ-ın Ermənistandakı səfiri

“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” -  ABŞ-ın Ermənistandakı səfiri
  16 Oktyabr 2018    Oxunub:3387
“Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin bir hissəsi (Azərbaycana-red) geri qaytarılmadan mümkün deyil”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz “EVN Report”-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı onun üçün nəyin məqbul olduğunu özü həll etməlidir. Diplomatın fikrincə, onu təəccübləndirən məsələ budur ki, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin güzəştlər və ya məqbul həll yolları barədə müzakirələr demək olar yoxdur:

“Ermənistana gəldiyim zaman bir çox ermənilərlə həmsöhbət oldum. Onlar sülh yolu ilə nizamlanma çərçivəsində işğal olunmuş ərazilərin qaytarılmasının qəti əleyhinədirlər. Uzun illərdir ki, mənim hökumətimin anlayışı ondan ibarətdir ki, bu ərazilər əvvəlcədən “tutulmuşdu” ki, gələcəkdə “sülh müqabilində - torpaq” formulu çərçivəsində istifadə edilsin. Və mən bu varianta heç bir dəstəyin olmadığını görəndə çox təəccübləndim”.

Diplomatın sözlərinə görə, acı reallıq ondan ibarətdir ki, istənilən həll işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Qarabağ   Azərbaycan   ABŞ  





Xəbər lenti