Füzulidə top mərmiləri tapılıb

Füzulidə top mərmiləri tapılıb
  16 Oktyabr 2018    Oxunub:1561
Oktyabrın 16-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.



Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd 57 mm-lik top mərmisi (OR-281U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərmilərin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.







AzVision.az


Teqlər: ANAMA   Füzuli  





Xəbər lenti