Bu il 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

Bu il 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib
  16 Oktyabr 2018    Oxunub:1244
2018-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 9083 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, həmin şəxslərə nazirliyin bərpa mərkəzlərində və müalicə pansionatında stasionar və ambulator şəraitdə xidmətlər göstərilib, fizioterapevtik müalicə üsullarını əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.

5870 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib. Həmçinin Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində protezləşməyə hazırlanma, protezlə hərəkət edilmənin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri göstərilib.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti