Müslüm Maqomayev adına Park və Mədəniyyət Mərkəzi tikiləcək

Müslüm Maqomayev adına Park və Mədəniyyət Mərkəzi tikiləcək
  16 Oktyabr 2018    Oxunub:1843
Ukraynanın Dnepr şəhərinin mərkəzi hissəsində - “Fəhlə” prospektində ərazisi 4 hektar olan yaşıllıq sahəsində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına Park və Azərbaycan Mədəniyyət Mərkəzi inşa ediləcək.
Bu barədə AzVision.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Səfirliyin və Azərbaycanın Dnepr şəhərindəki diaspor rəhbəri Nəcəf Əhmədovun, şəhər meriyasının birgə təşəbbüsü və dəstəyi ilə inşa ediləcək park, o cümlədən parkın ərazisində Azərbaycan Mədəniyyət Mərkəzi üçün işlənib hazırlanan layihə artıq müvafiq bələdiyyə və dövlət qurumları tərəfindən təsdiqlənib. Parkda Müslim Maqomayevin heykəlinin də ucaldılması nəzərdə tutulur. Bundan başqa, 500 kvadratmetr ərazidə tikiləcək Azərbaycan Mədəniyyət Mərkəzində soydaşlarımızın kütləvi-mədəni tədbirlər keçirmələri üçün hərtərəfli şərait yaradılacaq.

Tikinti işlərinə yaxın aylarda başlanması nəzərdə tutulur.







AzVision.az


Teqlər: Dnepr   Müslüm-Maqomayev  





Xəbər lenti