ETSN: Sürüşmə sahəsində xırda uçqunlar baş verir

ETSN: Sürüşmə sahəsində xırda uçqunlar baş verir
  16 Oktyabr 2018    Oxunub:1503
Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AzVision.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır.

Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.

AzVision.az


Teqlər: ETSN   Badamdar  





Xəbər lenti