Badamdarda tədqiqat aparılan ərazidə uçqun olub - FOTO

Badamdarda tədqiqat aparılan ərazidə uçqun olub - FOTO
  16 Oktyabr 2018    Oxunub:1807
Badamdar 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.



Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: Badamdar  





Xəbər lenti