Rusiyadan silah-sursatla gələn şəxs saxlanıldı - FOTO
Şəxsi yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə - apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib.
Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
AzVision.az