Bibiheybətdə uçqun olub - Nazirlikdən açıqlama

Bibiheybətdə uçqun olub -  Nazirlikdən açıqlama
  17 Oktyabr 2018    Oxunub:1632
"Bibiheybət məscidi istiqamətində gedən yolun sağ hissəsindəki uçqun sürüşmə hadisəsi deyil"
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçub: “Əraziyə baxış keçirdim. Bibiheybətdən yuxarı hissəyə gedən yolda divar yerləşir. Həmin divarın ağ layları qopub dağılıb. Amma evlərdə və yamacda hər hansı dəyişiklik, sürüşmə yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Bibiheybət  





Xəbər lenti