Badamdarda təhlükə getdikcə artır, çatlar böyüyüb

Badamdarda təhlükə getdikcə artır, çatlar böyüyüb
  17 Oktyabr 2018    Oxunub:2393
Badamdarda sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AzVision.az-a verilən məlumata görə, sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir.

"Tikilinin hərəkət etmə ehtimalı var. Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb" - Qərargahdan bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Badamdar   Sürüşmə  





Xəbər lenti