Krımda terror törədən gənc intihar edib - Təfərrüat

Krımda terror törədən gənc intihar edib - Təfərrüat
  17 Oktyabr 2018    Oxunub:3534
Krımın şərqində yerləşən Kerç şəhərindəki kolleclərin birində baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxs intihar edib. Azvision xəbər verir ki, bu barədə məlumatı “Rossiya 24” telekanalının efirində Krımın başçısı Sergey Aksyonov verib. Onun sözlərinə görə, hadisəni törədən şəxs 18 yaşlı, kollecin dördüncü kurs tələbəsi Vladislav Roslyakov olub.
Partlayışdan sonra Roslyakov otaqdakı tələbələrə atəş açıb və ikinci mərtəbəyə çıxaraq özünü kitabxanada öldürüb.

Qeyd edək ki, bu gün Krımın Kerç şəhərində texnikumlardan birində partlayış baş verib. Terror aktı nəticəsində 18 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb.

İlkin Nəcəfzadə
Azvision


Teqlər: Krım   Terror  





Xəbər lenti