Nazirlik 44 min nəfəri işlə təmin edib
Yanvar-sentyabr aylarında işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri davam etdirilib. Hesabat dövründə nazirliyin xətti ilə ümumilikdə 2075 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 1923 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 152 nəfər) peşə hazırlığına cəlb olunub. Ödənişli ictimai işlərə cəlb olunanların sayı isə bu ilin 9 ayında 865 nəfər təşkil edib.
Qeyd olunan dövrdə dövlət məşğulluq orqanlarının təşkil etdikləri peşəyönümlü tədbirlərində 79,7 min nəfər gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar və əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü məsləhətləri verilib.
Azvision