Badamdarda sürüşmə sahəsi genişlənib

Badamdarda sürüşmə sahəsi genişlənib
  17 Oktyabr 2018    Oxunub:2198
Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision - a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir.

Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub. Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.

Azvision


Teqlər:





Xəbər lenti